Page 253 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 253
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
Beynәlxalq Enerji Agentliyinin mәlumatına görә, AB-nin
enerjidәn olan asılılığı 2035-ci ilә qәdәr mövcud 60%-dәn
80%-ә qәdәr artacaq. Avropa Birliyi ölkәlәrinin Rusiya neft
vә qazı ilә tәchizatı 2010-cu ildә müvafiq olaraq 32 vә 35%
olub. 2012-ci il üçün idxal olunan mәhsulların dәyәri isә 551
milyard dollar hәcmindә qiymәtlәndirilir. AB-nin
mәlumatlarında o da qeyd olunur ki, Avropaya ixrac olunan
Rusiya qazının 66%-i boru kәmәrlәri ilә Ukrayna әrazisindәn
ötürülür.
Froqqat bunları xüsusi qeyd edir: “Avropa Birliyi
mayelәşdirilmiş tәbii qaz infrastrukturunun genişlәndirilmәsini
hәyata keçirmәlidir. Yaxın vaxtlarda AB әvvәllәr elә dә böyük
әhәmiyyәt kәsb etmәyәn layihәlәrә üstünlük verә bilәr. Bu, çox
güman ki, enerji tәhlükәsizliyi proqramlarına dair dәyişikliklәrә
gәtirib çıxaracaq”.
Bütün Avropa әrazisindә mayelәşdirilmiş tәbii qaz
terminalları ehtiyatların çatışmazlığı sәbәbindәn, öz güclәri
hesabına fәaliyyәt göstәrir, çünki Asiya bazarlarına gedib
çıxan qazın idxalına görә bazar qiymәtlәrindәn 3 dәfә artıq
pul ödәnilir.
AB üzvü olan ölkәlәr arasında Rusiya qazının idxalı
mәsәlәsindә fikir ayrılığı vardır. Fransa vә Böyük Britaniyanın
idxal etdiyi qazda Rusiyanın payı 0% olduğu halda,
Almaniya üçün bu göstәrici 35%-ә bәrabәrdir. Belә ki, qeyd
olunan iki ölkә özü üçün lazımi enerjini atom elektrik
stansiyaları vasitәsilә әldә edir.
Şәrqi Avropada da analoji hal yaşanmaqdadır. Hәm
tәbii neft vә qaz ehtiyatlarına, hәm dә SES vә AES-lәrә
sahib olan Rumıniya Rusiyadan yalnız 25% qaz idxal etdiyi
halda, Bolqarıstanda bu göstәrici 90%-ә bәrabәrdir.
“Əsas problem “Cәnub Qaz Dәhlizi” üçün maliyyә resurslarının
tapılmasıdır”, – deyәn Froqqat Şәrqdәn Avropaya qaz nәqlindә
Türkiyәnin hәlledici rol oynamasını xüsusi vurğulayır.
Rusiyanın da, öz növbәsindә, ümumi daxili mәhsulunun
tәxminәn yarısı enerji resurslarının ixracına bağlıdır.
253