Page 251 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 251
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
Rәsmi Budapeşt “Cәnub axını” qaz kәmәrinin
Macarıstandan keçәcәk hissәsindә 2011-ci ildә bәzi tәdqiqatlar
aparılmasını zәruri saydı. Tәdqiqatların sonunda 229 km
uzunluğunda boru kәmәrinin çәkilişi ilә bağlı yekun in-
vestisiya qәrarına razılıq verildi. Macarıstanın “MVM
Group” enerji şirkәtinin icraçı direktoru Çaba Bacinin
mәsәlәyә münasibәti belәdir: “Bizә Macarıstan hökumәtinin
dәstәyi ilә enerji tәhlükәsizliyinin güclәndirilmәsi vә Avropa
Birliyi ölkәlәrinin qazla tәchizat marşrutlarının şaxәlәndirilmәsi
işi hәvalә edilmişdir. “Cәnub axını” layihәsi uzunmüddәtli
strategiyamızın vacib hissәsini tәşkil edir”.
“Cәnub axını” layihәsinin Sloveniya әrazisindә
reallaşdırılması üçün “Plinovodi” şirkәti ilә “Qazprom”
arasında 2012-ci il noyabr ayının 13-dә saziş imzalandı.
Rusiya investorları birgә әmәkdaşlığın hәyata keçirilmәsi
üçün әksәr texniki vә operativ işlәri Sloveniyanın tәbii qaz
şirkәti olan “Geoplin”ә hәvalә edib.
Şәrqi Avropanın nәhәng enerji şirkәtlәri tәrәfindәn
bağlanan strateji sazişlәr, aparılan iqtisadi tәdqiqatlar vә
әtraf mühitin ekoloji baxımdan qiymәtlәndirilmәsi kimi
işlәri nәzәrә alsaq, ehtimal olunandan da artıq mәblәğ
(tәxminәn 39 milyard dollar) sәrf etmәklә, “Cәnub axını”
layihәsinin 2018-2020-ci ilәdәk yekunlaşacağını deyә bilәrik.
Əsas rәqib layihә hesab edilәn “Nabukko” da “Cәnub
axını” kimi, eyni bazar üçün hesablanıb. Lakin bu gün
qeyd olunan layihәlәrin bir-biri ilә tam rәqabәt apardığını
demәk düzgün olmaz. Belә ki, “Cәnub axını” layihәsinin
tәsisçilәri boru kәmәrlәrinin çәkiliş qrafiki vә tranzit ölkәlәrlә
bağlanan çoxsaylı sazişlәrlә lovğalansalar da, “Nabukko”nun
baş tutub-tutmayacağı danışıqlar prosesinin yekununda
bәlli olacaq.
251