Page 233 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 233
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà
açır. Vә bundan çıxış edәn Rusiya da Snoudenә sığınacaq
vermәyә mәcbur oldu.
Əlbәttә, Rusiya xüsusi xidmәt orqanlarının özünәmәxsus
işlәmә mexanizmi var. “Guardian” qәzetinin әmәkdaşı
Lyuk Hardinq tәrәfindәn bu ölkә mәhz Vladimir Putinin
hakimiyyәti dövründә daha da geniş vüsәt tapmış korrupsiya
ilә bağlı “mafiya ölkәsi” adlandırılıb.
Yuxarıda qeyd olunanlar Birlәşmiş Ştatlar vә Rusiya
arasında qaz hasilatı prosesi ilә bağlı yaranan mübahisә
fonunda baş verib. Mübahisә obyektlәrindәn biri ABŞ-da
layın hidravlik yarılması üsulundan1 istifadә edilmәsi ilә
әlaqәdar idi.
Rusiya 2012-ci ildә 653 milyard kubmetr qaz hasil etdiyi
halda, ABŞ-da bu göstәrici 651 milyard kubmetr olmuşdu.
Bu göstәricilәr hәr iki ölkәni dünyanın әn böyük qaz
istehsalçısı sırasına daxil edib.
1 Layın hidravlik yarılması üsulu әn sәmәrәli üsullardan biridir. Bu üsulla layın orta
keçiriciliyinin vә demәli, mәhsuldarlığının artırılması mümkün olur. Tәcrübә
göstәrir ki, lay hidravlik yarıldıqdan sonra quyuların hasilatı 10 dәfәdәn dә çox
artır. Bu ona dәlalәt edir ki, yeni әmәlә gәlәn yarıqlar, layda әvvәl olan yarıqlarla
birlәşir vә quyuya mәhsul ayrı-ayrı mәhsuldar zonalardan axıb gәlir. Bu üsul
Azәrbaycanda geniş yayılmışdır. Hidravlik yarılma üsulunun mahiyyәti ondan
ibarәtdir ki, quyuya içәrisindә çoxlu miqdarda asılı vәziyyәtdә iri dәnәli qum olan
üzlü maye vurulur vә bu, quyu dibindә tәzyiqin sürәtlә artmasına sәbәb olur. Quyu
dibindәki tәzyiq hidravlik basqıdan tәqribәn iki dәfә çox olduqda lay yarılır. Bunun
nәticәsindә lay ayrı-ayrı tәbәqәlәrә ayrılır vә orada yarıqlar әmәlә gәlir. İçәrisindә
qum dәnәlәri olan yarıcı maye әmәlә gәlmiş yarıqlara daxil olur. Hidravlik yarılma
prosesi başa çatdıqdan sonra quyu dibindә tәzyiq azaldığından yarıqlar tutulmağa
başlasa da, qum dәnәlәri bunun qarşısını alır. Hidravlik yarılma üsulunu tәtbiq
etmәk üçün quyuları seçәrkәn müxtәlif tektonik sahәlәri vә ya lay zonalarının
işlәnmә dәrәcәsini, qalıq neft ehtiyatını vә lay tәzyiqini nәzәrә almaq lazımdır.
Qalıq neft ehtiyatı çox vә lay tәzyiqi nisbәtәn yüksәk olan laylarda hidravlik yarılma
üsulunun tәtbiqi daha әlverişlidir. Qalıq neft ehtiyatı vә lay tәzyiqi az olan laylarda
hidravlik yarılma üsulunun tәtbiqi әksәr hallarda müsbәt nәticә vermir. Bundan
başqa, layın qalınlığı artdıqca hidravlik yarılma üsulunun sәmәrәliliyi dә azalır.
Tәcrübә göstәrir ki, layın qalınlığından asılı olaraq hidravlik yarılmaların sayı artır.
Belә ki, layın qalınlığı 10 metrәdәk olan hallarda bir dәfә hidravlik yarılma
aparıldıqda müsbәt nәticә әldә edilir. Layın qalınlığı artdıqca hidravlik yarılmaların
sayı da artır (E.M.Hacızadә, Z.S.Abdullayev – Neft tәsәrrüfatının iqtisadi struktu-
runun modernizasiyası, Bakı, Elm 2003)
233