Page 167 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 167
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Xәzәryanı ölkәlәrinin hәr hansı bir sәnәdi imzalamaq
istәmәmәsi ilә әlaqәdar idi. Avropa isә tәchizatçı dövlәtlәrin
boru kәmәrlәrinin inşasına başlamazdan әvvәl müqavilәyә
qol çәkәcәyini gözlәyirdi.

Lakin Avropanı neft vә qazla, Xәzәr hövzәsi ölkәlәrini
isә enerji ixracat marşrutları ilә tәmin edәn Rusiyanın
varlığı hәr iki tәrәfi bir müddәt kәskin qәrarlar qәbul
etmәmәyә vadar etdi.

Avropa tәkcә Rusiyanın enerji daşıyıcılarından olan
asılılığı aradan qaldırmaq haqqında fikirlәşmәmәlidir. Eyni
zamanda, nәzәrә almalıdır ki, rәsmi Moskvaya qarşı tәtbiq
olunan sanksiyalar, yaxud da Ukrayna boru kәmәrlәri
vasitәsilә daşınan Rusiya qazının dәrhal dayandırılması
mәhdud enerji ehtiyatlarına sahib olan Avropa Birliyi
ölkәlәrini çәtin vәziyyәtdә qoyacaq. Belә yanaşma Xәzәr
hövzәsi dövlәtlәrindә dә neft vә qazın yığılıb qalmasına
gәtirib çıxaracaq.

Qazaxıstanın neft vә qaz naziri Uzaqbay Qarabalin
aprelin 7-dә parlament üzvlәri qarşısındakı çıxışında qeyd
edib ki, ölkә әlavә ixrac marşrutları axtarışındadır. Sәbәb
isә Rusiyaya qarşı tәtbiq edilәcәk sanksiyaların Qazaxıstanı
әsas ixrac marşrutundan mәhrumetmә qorxusudur.

Qazaxıstan 82 milyon ton hәcmindә neftin tәxminәn
1/3-ni Rusiya boru kәmәrlәri vasitәsilә ixrac edir. Bu
sәbәbdәn Qarabalinin sözlәrindә hәqiqәt var: “Biz başqa
variantlar barәdә dә düşünmәliyik”.

Qarabalin “Cәnub Dәhlizi” ilә әlaqәdar konkret fikirlәr
söylәmәsә dә, onun Qazaxıstanın Xәzәr dәnizi sahilindә
yerlәşәn Aktau limanı barәdә söylәdiklәrinin eyham olduğu
aydındır. Bu liman Avropa Birliyinin dәhlizlә bağlı
planlarında әhәmiyyәtli yerlәrdәn birini tutur.

Layihә çәrçivәsindә boru kәmәrlәri, avtomobil vә dәmir
yolları şәbәkәsinin yaradılması, tankerlәr vasitәsilә

167
   162   163   164   165   166   167   168   169   170   171   172