Page 163 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 163
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

çevrilib. Ötәn il Azәrbaycan İsraillә 1.6 milyard dollar
hәcmindә müdafiә sazişi imzalayıb ki, bu da hava hücu-
mundan müdafiә qurğuları vә pilotsuz uçuş aparatlarının
alınmasını nәzәrdә tutur.

Azәrbaycanın ABŞ-ın milli vә beynәlxalq tәhlükәsizli-
yindә önәmli rol oynaması ilә yanaşı, dünya bazarına
gәtirdiyi enerji sabitliyi vә diversifikasiyası da eyni dәrәcәdә
vacib әhәmiyyәt kәsb edir. Azәrbaycan Xәzәr dәnizinin
ona aid sektorunda kәşf edilmiş irihәcmli neft vә qaz
ehtiyatları sayәsindә beynәlxalq enerji liderinә çevrilib.

Nәhәng “Azәri-Çıraq-Günәşli” (AÇG) kompleksinin
kәşf edilmәsi Azәrbaycanın enerji sektorunu xarici
әmәkdaşlığa vә sәrmayәlәrә cәlb edib. 2010-cu ildә AÇG-
dә gündәlik 850000 barel neft istehsal olunurdu ki, bu da
Türkiyә vә ABŞ-ın Avropadakı digәr müttәfiqlәrinә ixrac
edilirdi. Müştәrәk müәssisәlәr vә әmәkdaşlıq yolu ilә
“AÇG” kompleksinә 20 milyard dollar hәcmindә sәrmayә
qoyulacağı nәzәrdә tutulur.

Zәngin neft ehtiyatları ilә yanaşı, Azәrbaycan geniş qaz
ehtiyatlarına da malikdir. Xәzәr dәnizindә yerlәşәn
“Şahdәniz” yatağında tәxminәn 40 trilyon kubmetr qaz
kondensat ehtiyatı cәmlәşib. Yatağın istismarının birinci
vә ikinci fazalarında istehsal vә daşınma üçün ölkәyә
tәxminәn 30 milyard dollar hәcmindә sәrmayә yatırımı
olacaqdır. “Şahdәniz” yatağı Azәrbaycan resurslarının
istismarının yeni mәrhәlәsidir.

Genişlәnmәkdә olan boru kәmәrlәri vә “ofşor” tәsisatlar
şәbәkәsi vasitәsilә Avropa vә Türkiyәnin Azәrbaycanın
tәbii ehtiyatlarına giriş әldә etmәsi onların Rusiyadan enerji
asılılığının aradan qaldırılması baxımından ümidvericidir.
Enerji mәnbәlәrinin bir vaxtlar qeyri-mümkün hesab olunan
diversifikasiyası hazırda ABŞ-ın partnyorlarına açıq vә
rәqabәtәdavamlı enerji bazarı vasitәsilә öz mәqsәd vә
idealları uğrunda çalışmaq imkanı verir.

163
   158   159   160   161   162   163   164   165   166   167   168