Page 155 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 155
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Respublikaçı Bridenstine: Xәzәrin enerjisi Amerikanın
tәhlükәsizliyi demәkdir1

Beynәlxalq Enerji Agentliyinin hesabatına dair “Wall
Street Journal” dәrgisinin 2013-cü ilin oktyabr ayı üzrә
apardığı tәhlilә әsasәn, Amerika Birlәşmiş Ştatları bu
yaxınlarda әlamәtdar bir uğura imza ataraq dünyanın әn
iri neft vә qaz istehsalçısı (hәr iki mәhsulun istehsalı birgә
hesablandıqda) kimi Rusiyanı geridә qoymuşdur. Bu uğur
özәl sәrmayә sahiblәri vә yenilikçi iş adamlarının yeni
enerji resursları, elәcә dә onların istehsalı vә paylanması
üçün vasitәlәr әldә etmәk mәqsәdilә hesablanmış risklәrә
getmәlәri sayәsindә mümkün olmuşdur. Amerikanın enerji
tәhlükәsizliyini uzun müddәt tәmin edә bilәcәk “Fracking1
İnqilabı” azad sahibkarlıq vә açıq bazarlar tәrәfindәn
gәtirilmiş texnoloji tәrәqqinin sübutudur.

Tәәssüf ki, Şәrqi Avropa vә Cәnubi Qafqaz regionu
ölkәlәri müvafiq enerji tәhlükәsizliyinә malik deyillәr.
Rusiya keçmiş sovet respublikalarının enerji resurslarına
nәzarәt etmәklә, onların müstәqilliyini sarsıtmaqda davam
edir. Hәlә bir neçә hәftә öncә Şәrqlә Qәrb arasında başlıca
enerji ötürücüsü olan Ukrayna Rusiyanı sakitlәşdirmәk
üçün uzun vaxtdan bәri Avropa İttifaqı ilә imzalanması
gözlәnilәn assosiasiya sazişindәn yayındı. Bu saziş Ukrayna
üzәrinә önәmli siyasi, iqtisadi vә ticari islahatları hәyata
keçirmәk öhdәliyi qoyacaqdı. Hazırda isә Ukraynanın daha
demokratik institutlar vә ya azad bazarlar yaratmaq ehtimalı
mümkün görünmür, belә ki, rәsmi Moskva rәsmi Kiyevin
xarici siyasәtini “effektli” şәkildә idarә edir.

Digәr keçmiş sovet peyk ölkәlәrindәn fәrqli olaraq,
Azәrbaycan Rusiyadan siyasi müstәqillik vә tәhlükәsiz

1 http://www.washingtontimes.com/news/2013/dec/10/rep-bridenstine-caspian-en-
ergy-equals-american-sec/ by Rep. Jim Bridenstine - - Tuesday, December 10,
2013

155
   150   151   152   153   154   155   156   157   158   159   160