Page 157 - "Azərbaycanın enerji siyasəti Qərb mətbuatında"
P. 157
Àçÿðáàéúàíûí åíåðæè ñèéàñÿòè Ãÿðá ìÿòáóàòûíäà

Biz, habelә istehsalın kim tәrәfindәn hәyata keçirildiyini
vә rәsmi Bakının öz enerji ehtiyatlarını hara nәql etdiyini
nәzәrә almalıyıq. Azәrbaycan dövlәt nәzarәtinә әsaslanan
sistemlә işlәmәyәrәk, Xәzәr dәnizini ABŞ enerji şirkәtlәrinә
açan ilk ölkә olub. Amerika vә digәr Qәrb enerji şirkәtlәri
ehtiyatların tәdqiqi vә istehsalı, elәcә dә genişlәnmәkdә
olan boru kәmәr şәbәkәsinin inşası üzrә Azәrbaycanın
aparıcı tәrәfdaşlarıdır. EİA bildirir ki, Azәrbaycan Dövlәt
Neft Şirkәtinin toplam neft istehsalındakı payı 20 faiz tәşkil
edir. “Chevron”, “Conoco Phillips”, “Exxon Mobile” vә
digәr ABŞ kompaniyaları “Şahdәniz” yatağı vә müvafiq
boru kәmәrlәri şәbәkәsi üzrә yaradılmış konsorsiumda
aparıcı pay sahiblәridir.

Rusiyanın hәdәlәrindәn çәkinmәyәn rәsmi Bakı özünün
neft vә qaz kәmәrlәrini mәxsusi olaraq Rusiya әrazisindәn
yan keçmәklә inşa edir. Azәrbaycanın neft vә qaz ixracatı
Avropa müttәfiqlәrimizin vә İsrailin enerji tәchizatını
şaxәlәndirmәklә, birbaşa onların enerji tәhlükәsizliyini
artırır. Vaşinqtondakı Yaxın Şәrq Sülh İnstitutunun
mәlumatına әsasәn, “Bakı-Tiflis-Ceyhan” boru kәmәri
İsrailin neft istehlakının 40 faizini tәmin edir. Cәnubi
Qafqaz kәmәri Türkiyәnin iqtisadi yüksәlişinә yardımçı
olur. Genişlәnmәkdә olan “Cәnub Qaz Dәhlizi” Xәzәr
qazının Avropaya nәqlini tәmin edәcәk, bununla da,
Avropanın Rusiyadan asılılığını daha da azaldacaqdır.
Azәrbaycan bu yaxınlarda digәr çox önәmli öhdәliyә imza
ataraq “Trans-Adriatik boru kәmәri” vasitәsilә 350 milyard
kubmetr hәcmindә qazı cәnubi Avropaya göndәrmәyә
qәrar verib.

Azәrbaycan vә Amerika enerjiyә tәrәqqi vә tәhlükәsizlik
vasitәsi kimi baxdığı halda, digәr ölkәlәr mәsәlәyә daha
bәdbin yanaşırlar. Rusiya, digәr tәsir mexanizmlәri ilә
yanaşı, enerji faktorundan da hәdә-qorxu vә tәzyiq vasitәsi

157
   152   153   154   155   156   157   158   159   160   161   162