Page 99 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 99
Höseyn Cavid

Kimdir, quzum, söylәrmisәn? 99
– Әn çox sevdiyim ilkin,
O Allah ki, yeri-göyü, insanları xәlq eylәr.
– Sonra kimlәr?
– Sonra onun göndәrdiyi elçilәr.
– Başqa sevdiklәrin nasıl, yoxmu?
– Var...
– Kimdir onlar?
Anam, babam, müәllimәm, bir dә bütün insanlar...

***

Mәnә anlatma ki, eşq, alәmi-sevda nә imiş?
Bilirәm mәn sәni, get! Hәr sözün әfsanә imiş.

Get, gülüm, get, gözәlim! Başqa bir aşiq ara, bul!
Duydum artıq sәnin eşqindәki mәna nә imiş!..

Bivәfasan, mәlәk olsan belә uymam daha, get!
Kim ki, uymuş sәnә, könlüm kimi divanә imiş.

Yetişir, get! Mәni qәhr eylәmә, tәrsa qızı, get!
Anladıq şәfqәti-ayini mәsiha nә imiş!

Sәni bir sadәdil, azadә mәlәk sanmış idim,
Neylәyim!.. Ah... könül ruhun da biganә imiş.

Sәni tәqdis edәrәk bir daha sevmәm әsla,
Nә imiş sanki bu eşq!? Aşiqi-şeyda nә imiş!

Alәmi-zövqü sәfadan mәnә bәhs etmә, saqın!
Bildik artıq bu cahan mülkü nә viranә imiş!..
   94   95   96   97   98   99   100   101   102   103   104