Page 100 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 100
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Gәldin dә, neçin pәnbә buludlar kimi axdın,
Bilmәm, niyә getdin, niyә döndün, niyә baxdın?
Şimşәk kimi çaxdın da, neçin könlümü yaxdın,
Bilmәm, niyә getdin, niyә döndün, niyә baxdın?

Sәrpildi alov ruhuma süzgün baxışından,
Sarsıldı da hәp mәnliyim, ey afәti-dövran!
100 Gәl, gәl, olayım sәndәki hәr cilvәyә qurban,
Bilmәm, niyә gәldin, niyә döndün, niyә baxdın?

Kor әrәbin mahnısı

Nә eşq olaydı, nә aşiq; nә nazlı afәt olaydı,
Nә xәlq olaydı, nә xaliq; nә әşki-hәsrәt olaydı.

Nә dәrd olaydı, nә dәrman, nә sur olaydı, nә matәm,
Nә aşiyaneyi-vüslәt, nә bari-firqәt olaydı.

Könüldә nuri-mәhәbbәt, gözümdә pәrdeyi-zülmәt...
Nә nur olaydı, nә zülmәt; nә böylә xilqәt olaydı.

Nәdir bu xilqәti-bimәrhәmәt, bu pәrdәli hikmәt?
Bu zülmә qarşı nolur bir dә bir әdalәt olaydı.

Tükәndi taqәti-sәbrim, әdalәt! Ah әdalәt!
Nә öncә öylә sәadәt, nә böylә zillәt olaydı.
   95   96   97   98   99   100   101   102   103   104   105