Page 101 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 101
Höseyn Cavid

Görmәdim 101

Bilmәdim, uydum şu mәcnun könlümün fәryadinә,
Eşqә dil verdim, bәladәn başqa bir şey görmәdim.
Ruhi-mәcruhum gözәllәrdәn vәfa bәklәr yenә,
Bәn hәnuz әsla cәfadәn başqa bir şey görmәdim.

Görmәdim әsla dikәnsiz gül, qaranlıqsız işıq,
Hәp visali daima tәqib edәr bir ayrılıq,
Söylüyorlar: “Daim zevqi-sәadәt var”, yazıq!
Seyr edib boş iddiadәn başqa bir şey görmәdim.

Gördüyüm hәr müztәrib simayә duydum mәrhәmәt,
Yarә, hәm әğyarә yar oldum da, sevdim bicihәt;
Aşina zәnn etdiyim hәr yüzdә heyhat!.. Aqibәt
Boş tәmәllüqdәn, riyadәn başqa bir şey görmәdim.

Hәr mәhәbbәt bir xәyanәt, hәr gülüş bir hiylәdir.
Hәr sәadәt ruhu oxşar pәk sönük bir şölәdir.
Bәlkә, var sәhvim? Fәqәt gördüklәrim hәp böylәdir...
Görmәdim, әsla bәladәn başqa bir şey görmәdim.
   96   97   98   99   100   101   102   103   104   105   106