Page 566 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 566
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Ad günümdә dostlarıma

Bir az uzaqlarda axtarın mәni,
Bir az söhbәt edәk bu yerdәn uzaq.
Bir az xәyallarda axtarın mәni,
Qaçaq bu çirkabdan, qaçaq, qurtulaq.

Aydın sabahlarda axtarın mәni,
Orda günәş başqa, gülüş başqadır.
Tanrı günahları bağışlayan yer –
Xәyalım o yerdә dolaşmaqdadır.

566 Ömür vәfa qılsa, yazacam, bilin,
Bu günün, sabahın nәğmәsini mәn.
Mәni öz içimdә axtarın bir az,
Bir gün öz içimdә azacam, bilin.

Sönük sәtirlәrdәn sormayın mәni,
Amandır, Kәrәmtәk alovlanaram.
Dәli fikirlәrdә axtarın mәni,
Yәqin, bir gün gәlәr, ağıllanaram.

Absurd

Üzümә gülәn sevinci,
başıma daş kimi dәyәn qaxıncı,
öpüşü – qoy, olsun lap axırıncı,
sevirәm...

Sevirәm bu yolun yolçuluğunu,
qәm hәrifliyimi,
hәrifliyin puçluğunu...

Elә evdә oturub dinlәsәn içini –
heç hara çıxmasan,
kәdәri,
   561   562   563   564   565   566   567   568   569   570   571