Page 561 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 561
nsәn hәr yer… Qulu Aüsÿs

Ömrümdәn neçә gün qalıb, 561
necә saat İlahi?

Çoxdan sәndәn nә zәng gәlir,
nә amanat, İlahi!

Kim kәsib sәn olan yerdә,
söylә, yolu-yolağı?

Gedim hansı cәhәnnәmә,
hardan gәlir sorağın?..

Nә vaxt çaparam dördnala
mәn dә әcәl atında?

At altımdan uçub gedә,
mәn dә sәnin altından.

Ha uçsam da, öz üstümә
uçar öz günahım da,

Sәhvlәrimi deyim, bәlkә,
çıxım söz günahımdan? –

Doğmaca bacın qızına
mehr saldım – yadında?

Nә özgәyә verdim, nә dә
özüm aldım – yadında?

Yolda qoydum gözlәrini,
gözümü dağlayarsan,

Әllәrinә qurban olum,
üstündә saxlayarsan.

Neçә kәrә söz göndәrdim,
әrindim, yazammadım,

Ürәyindә ocaq çatdın,
naşükür qızınmadı.
   556   557   558   559   560   561   562   563   564   565   566