Page 568 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 568
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Nә qәdәr gözdәn itmәyib siz onu dinlәyin,
o çox şey söylәyә bilәrdi,
tutalım onu ki, irәli gedәnlәr daraldar üfüqü;
hәm dә gündoğan günboğan demәkdir,
baxır sәn hardasan, günәşçün nә fәrqi...

O tini burulur, az qalıb, bax, bax, itәcәk gözdәn,
sonrası dalandır.
Dalandır üfüqü gizlәdәn köndәlәn göydәlәn;
şaquli dalandır. Yalandır desәlәr sәhәr var, tәlәsmә;
әksinә, tәlәs sәn, qaç onun ardınca, sәslәn, sәslәn!

568

Vaqif Sәmәdoğluna

Otel, yalnızlıq, kәdәr,
Karniz, tül, sarı pәrdә.
Çölün fateh İskәndәr,
İçin Nüşabә, Bәrdә.

Tәqvim, saat vә asqı
Bәzәyir boz divarı.
Ya әsnә, ya da asqır,
Çapsın sәbrin süvari.

“Тело – дело гиблое” –
Düşün, yerindә qurcux.
Dayan üzü qiblәyә,
Dinsin içindәki ruh.

Vizit

Yetmiş yeddidә ölüb babam:
qızımla eyni yaşdaydım onda; bir az kiçik.
İndi Hәmidә vә uşaqlar qәbir üstündәyik.
İyirmi doqquz il keçib o vaxtdan,
Saray qәbristanı böyüyüb.
   563   564   565   566   567   568   569   570   571   572   573