Page 509 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 509
nәbaxan zәmisi ßjdÿr Ol

Dalğalanır, çalxanır günәbaxan zәmisi, 509
çatışmır bu dәnizin bircә bәyaz gәmisi.

Düşüb qızıl dalğaya, girib sarı dumana,
üzәm gedәm şeh qonan әtirli bir limana.

Amma hanı o gәmi, hanı o şehli sahil,
çox da mәni çağırır sapsarı zehli sahil.

Kürәn günәbaxanlar Günәş balalarıdır,
nәğmәlәri bir qәdim cütcü holavarıdır.

Sütül gövdәlәr yaşıl, tutaş kirpiklәr sarı,
gedim yaşıla sarı, gedim sarıya sarı.

Yelpik-yelpik yel әsir sarıdonlu sәhәrdәn,
durub Günә baxanlar baxır mәnә dә hәrdәn.
   504   505   506   507   508   509   510   511   512   513   514