Page 456 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 456
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Vaxt olub istәmәdiyini yazdırmışam,
Vaxt olub özünә qәbir qazdırmışam,
Bağışla mәni.

Ürәyim, bağışla mәni.
Sәndәn xәbәrsiz adından

danışdığım vaxt olub.
Xaqanidәn Cavidә qәdәr
Bütün dahilәrimin,
Qolları kәsilmiş
Babәkimin önündәn
Әsgәri intizamla, ehtiramla,
456 Bir dәli sükutun

fırtınalı qoynunda keçmişәm.
Gecәlәri min illik şәrab kimi içmişәm.
Ay işığında islanmışam
İliyimә qәdәr.
Vә bir eşqin sazağında göynәmişәm
Sümüyümә qәdәr.

Hәlә nә yaşamışam ki...
Bax bu balaca bıçaqla

zülmәti doğramışam,
Özünü öymәklik olmasın,
Kimlәrçünsә od oğurlamışam...

Neçә-neçә dadsız
gündüzlәrimin bahasına.

Sinәmdә çörәk kimi
әtirlәnib, bişib söz.

Әdviyyat kimi
kağızlara bükmüşәm,


Әziz anamın qarşısında
Ağlım kәsәndәn diz çökmüşәm.
Hәlә nә yaşamışam ki...
   451   452   453   454   455   456   457   458   459   460   461