Page 455 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 455
rә bilmәsәm Paøa Qÿlbinur

Mәni imtahana çәkir taleyim – 455
Suda balıq olub qarmağı görәm...
Mәni imtahana çәkir taleyim –
Ov olub tәtikdә barmağı görәm...

Yük oldu qeyrәtim illәr uzunu –
Boynuma minәnlәr yәhәr bildilәr.
Gözlәrimdә çaxan ildırımları –
Yadlar yox, doğmalar sәhәr bildilәr...

Ürәyim – әllәri qabar fәhlәdi,
Neylәdim qiymәtsiz-urvatsız oldu.
Mәnim hәr hüceyrәm qarışqa yüklü –
Bu yükün altında qәddim әyildi...

...Qurşağacan yerә mismarlanmışam,
Dizimdә fil gücü, zәncir çeynәrәm.
Top atsan – elә bir qәzәbәm ki, mәn
Onu nәfәsimlә susdura billәm!

Mәni imtahana çәkir taleyim –
Suda balıq olub qarmağı görәm,
Ov olub tәtikdә barmağı görәm,
Bә görә bilmәsәm, görә bilmәsәm?..

Hәlә nә yaşamışam ki...

Ciblәrinin ağzı
parıldayan pencәyim,

Әllәrim yağlı da dәyib sәnә,
Xәcalәtdәn tәrli dә,
Bağışla mәni.

Dizlәri sürtülüb ağarmış әynim.
Üzümüz üzlәr gördü.
Mәnim üzümün suyu,
Sәnin dizlәrinin gözlәri töküldü.
Qәlәmim, bağışla mәni.
   450   451   452   453   454   455   456   457   458   459   460