Page 314 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 314
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Mәnim bir gecikmiş mәhәbbәtim var,
Dönüb nağıllaşan hәqiqәtim var.
Sәni sәslәyirәm, ay ev yiyәsi,
Sәsimә sәs versin o tayda kim var.
Dodaqlarda donan bir busә kimi,
Harda görünüb ki, sönә arzular.

Qıvrıla-qıvrıla bir gürzә kimi
Әsrin ovsununa yatıb Araz da,
Dünyanın işini nә bilmәk olar.
Hәlә yaşamağa dәyәr bir az da,
Hәlә yaşamağa dәyәr bir az da.

314 Heyif cavanlıq çağından

Ovçunun fikri ovladı,
Nәyim varsa buxovladı,
Arxama düşüb qovladı
Mәn qaçdıqca qabağından.

Bu yolda itsin, itmәsin,
Әkdi, ümidi bitmәsin?
Nә söz qaldı eşitmәsin
İşvәli yar dodağından.

Gözü dünyadan su içmәz,
Kәsәn kәsmәz, biçәn biçmәz.
Qocalığın sözü keçmәz,
Heyif cavanlıq çağından...

Canı canıma yer verә,
Әsәr etdi, әsәr verә.
Bәlkә, rüzgar xәbәr verә
Yaxınından, uzağından.

Könül viranәlәr yurdu,
Boş-boşuna xәyal qurdu,
Nә olsun ki, bәxt umurdu
Qarlı qışın sazağından...
   309   310   311   312   313   314   315   316   317   318   319