Page 313 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 313
Mÿmmÿd Èsmayûl

Ürәyin Vәtәnin önündә zәrrә, 313
Andını dәyişmәz şöhrәtlә, zәrlә.
Vәtәnin yolunda candan keçәrlәr,
Keçilmәz qaladır,Vәtәn keçilmәz.

Göylәri uludur, Günәşi uca,
Yerlәri gözünü, könlünü açar.
Ağacı böyüyüb kökündәn qaçar,
Ha qaçar, kökündәn ayrıla bilmәz.
Dost-düşmәn seçilәr, Vәtәn seçilmәz.
Dağ-qaya kiçilәr, Vәtәn kiçilmәz.
Keçilmәz qaladır,Vәtәn keçilmәz.

Hәlә yaşamağa dәyәr bir az da

Meşә cığırları dönüb bir çaya,
Torpaq yağışlardan bәhrәlәnibdir,
Necә gözәl olub tәbiәt, Allah,
Quru kötüklәr dә pöhrәlәnibdir!
Gәzmәk istәyirәm dünyanı yazda,
Hardasa, hardasa mәni duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.

Tәkliyi keçmişә ötürmәliydim,
Ömrümә bir yoldaş götürmәliydim.
Bacım arzudaydı,
anam murazda,
Hardasa, hardasa mәni sevәn var,
Hәlә yaşamağa dәyәr bir az da.

Yollar eniş-yoxuş, bәlәn-bәlәndi.
Yollar min ildir ki, gedib gәlәndi.
Tәzәydi, köhnәydi, nәydi, bilmәdim,
Talada cığırlar qafiyәlәndi...
Dünәn Bethoveni çaldılar sazda,
Hardasa, hardasa bizi duyan var,
Hәlә yaşamağa dәyәr bir az da.
   308   309   310   311   312   313   314   315   316   317   318