Page 245 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 245
әkin qolları ßli Kÿrim

Qolu sındırılmış Babәk, 245
Yurdu yandırılmış Babәk.
Qan rәngli bir arabada,
Şәrq boyda bir xarabada,
Söyә-söyә,
Döyә-döyә,
Hamıya görk olsun deyә,
Kәnd-kәnd gәzdirilәn Babәk,
Ölübәn-dirilәn Babәk;
Qollarını görmәyәndә
Azca rahat olan Babәk;
Bir qırmızı yuxu içrә,
Uzaqlara dalan Babәk.
Deyәn Babәk: – Aman dostlar,
Hücum çәkin qoşun-qoşun,
Orda mәnsiz qılınc çalan
Qollarımla bir vuruşun.

***

Bәzәn haqq qazanır insan ölәndә,
Hәtta unudulur ağır günahı.
Hamıya dәrd olur “cavan getmәyi”
“Olduqca az görüb, az yaşamağı”.

Deyirlәr: “Bilsәydik ayıq olardıq,
Onu qoyardıqmı heç gözdәn iraq?
Hәr bir dәrdinә dә çarә qılardıq,
Nә bilәk o belә az yaşayacaq…”

Eh, bu gün nә qәdәr xәyala daldım,
Eh, qәlbim nә qәdәr alışdı, dindi.
Sәn mәnim qәdrimi bilәsәn deyә
Bu cavan yaşımda ölümmü indi?!
   240   241   242   243   244   245   246   247   248   249   250