Page 248 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 248
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Neylәyim, unutmur insan ürәyi,
Yaşadım dünyadan könlü yanıqlı.
Düz dörd il geyindim köhnә pencәyi,
Qolu gödәk oldu, boynu yamaqlı.

O pencәk saxladı mәni soyuqdan,
Doğru danışmağı çoxu ar bilir.
Әynindәn çıxardıb vermişdi atan,
Heç kim bilmәsә dә qonşular bilir.

Bәzәn ac da qaldım daha nә danmaq,
Danışıb gülmәyә könlüm olmadı.
Şeirim qәzetdә çap oldu, ancaq
248 Bir qәzet almağa pulum olmadı.

Lakin bu dәrdimi bilmәdi heç kim,
Mәn bildim qәdrini sevincin, qәmin.
Arabir xәlvәti baxıb sevindim,
Tәzә yamağına köhnә çәkmәmin.

Gülmә, görmәmisәn o sevinci sәn,
Xoşbәxt böyümüsәn, xoşbәxt ol, anam.
Bir dә bilirsәnmi mәn o sevincdәn
Dünyada heç kәsә arzulamıram.

Oldu sevincim dә, oldu qәmim dә.
Bir tәlәbә qıza könlümü verdim.
Onun hәr sözünü öz alәmimdә
Seminar dәrsitәk әzbәrlәyirdim.

Deyirdim, nә qәdәr baha olsa da,
Gәrәk üzük alım, bu bir adәtdir.
Ancaq avtobusun keçib yanından,
Piyada gedirdim dәrsә arabir.

Qoy indi ağrısın vicdanın varsa –
Girdi aramıza onda bir nәfәr.
Bir gәncin taleyi alt-üst olursa,
Ağırdır dağılan ailә qәdәr.
   243   244   245   246   247   248   249   250   251   252   253