Page 242 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 242
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Atamın xatirәsi

O sәrt idi.
Sәhәr dәrsә tәlәsәndә mәn
Bildirmәzdi yolda durub boylandığını.
Bircә dәfә söz açmazdı qәlbindәkindәn,
Söylәmәzdi övlad üçün çox yandığını.

Gizli-gizli mәni süzüb gülәrdi bәzәn,
Durub-durub güc gәlәrdi әyri qәlyana.
Övladına bircә dәfә “can” söylәmәkdәn
242 Övlad üçün can vermәyi asandı ona.
Әmәksevәr, ağır, enli, cod әli vardı,
Tale kimi endirәrdi çiynimә hәrdәn.
Sәrt üzünә bircә anlıq sәhәr doğardı,
Bilmәzdim ki, hansı nurlu düşüncәlәrdәn.

Sevgisi dә soyuq idi – tәzә әkini
Hәr bәladan hifz elәyәn qar kimi.
Moskvada oxuyurdum,
Tәrk etdi mәni.
Gәlәn kimi bir әbәdi ayrılıq dәmi

Gah istәyib mәni görә. Gah deyib ki, mәn
Qoy bilmәyim,

O utanıb öz ölümündәn.
Ah, o niyә belә etdi, bu nә qubardı?
Nә zamansa bu nişanda bir atam vardı.
   237   238   239   240   241   242   243   244   245   246   247