Page 204 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 204
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Özümdәn narazıyam

Tәbiәtin könül açan
Min rәngi, min sәsi var.
Hәr könülün min arzusu,
Min rәngli nәğmәsi var.

Bu arzular, bu nәğmәlәr,
Bu sәslәr bir saz kimi
Mәnim solğun sözlәrimdә
Heç dil aça bildimi?

204 Hissim dәrin, sözüm solğun,
Qәlbim geniş, sinәm dar.
Mәndәr әvvәl doğulubdur
Sinәmdәki duyğular.

Sәhv atılan addımları
Sonradan anlayıram;
Baxıb vicdan güzgüsünә,
Özümü danlayıram.

Siz ey yanlış addımlarım,
Mәni dәrdә saldınız.
Mәn sizinlә döyüşdükcә
Gün-gündәn çoxaldınız.

Mәn haqq-hesab istәyirәm
Gecәlәr gündüzümdәn.
Narahatam, narazıyam
Ömrüm boyu özümdәn.

Bizim sәnәt dünyasının
Qırıq telli sazıyam.
Bircә bundan razıyam ki,
Özümdәn narazıyam.
   199   200   201   202   203   204   205   206   207   208   209