Page 208 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 208
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Apar mәni

Bir ömürәm, yazım sәnsәn,
Bir nәğmәyәm, sazım sәnsәn,
Bir ürәyәm, arzum sәnsәn,
Hara getsәn apar mәni.

Bir çiçәyәm, şehim sәnsәn,
Bir söhbәtәm, neyim sәnsәn.
Bir budağam, mehim sәnsәn,
Hara getsәn apar mәni.

208 Bir laylayam, dünyam sәnsәn,
Bir cüt gözәm, röyam sәnsәn,
Bir sevgiyәm, sevdam sәnsәn,
Hara getsәn apar mәni.

Bir meşәyәm, dağım sәnsәn,
Bir bağam, növrağım sәnsәn,
Bir gülәm, budağım sәnsәn,
Hara getsәn apar mәni.

Bir bağçayam, barım sәnsәn,
Bir zirvәyәm, qarım sәnsәn,
Bir sinәyәm, tarım sәnsәn,
Hara getsәn apar mәni.

Bir ocağam, odum sәnsәn,
Bir ünvanam, adım sәnsәn,
Bir quşam, qanadım sәnsәn,
Hara getsәn apar mәni.

Geniş göylәr quşa qalsın,
Ayrılıq dağ-daşa qalsın.
İzlәrimiz qoşa qalsın,
Hara getsәn apar mәni,
Apar mәni...
   203   204   205   206   207   208   209   210   211   212   213