Page 199 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 199
Adil Babayev

*** 199

Gül kimi solsan da, öz övladının
Üzündә gül kimi açılacaqsan.
İtmәz bir zәrrәsi gәnclik odunun,
Gözlәrdә nur olub saçılacaqsan.

Budur gözәlliyin, әqlin qanunu,
Bunsuz hökm edәrdi süstlük, qocalıq.
Bәşәr hәyatının çatardı sonu,
Dünya altmış ildәn çәkmәzdi artıq.

Tәbiәt kimә ki vermәyib nemәt,
Sәhradır, qurusun dәrd-möhnәt ilә.
Sәnә verilib ki, bu qәdәr sәrvәt,
Onu qaytarasan sәxavәt ilә.

Gözәllik möhrüsәn sәn tәbiәtin,
Әks olun, әbәdi qalsın surәtin.
   194   195   196   197   198   199   200   201   202   203   204