Page 198 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 198
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

***

Açıb ürәyini demirsәn mәnә:
Gәncliyin boş keçir, eyib deyilmi?
Çoxları mәhәbbәt bәslәyir sәnә...
Aydındır, sevmirsәn, demәk, heç kimi.

Düşmәntәk mәhv edib hәr ötәn anı,
Nә üçün özünә ziyan edirsәn?
Sәnә miras qalmış gözәl binanı
Uçurub, dağıdıb, viran edirsәn.

Sәn hökmünü dәyiş, mәn dә rәyimi,
198 Silinsin könlündәn nifrәt, әdavәt.

Qәlbin gözәl olsun zahirin kimi,
Әzizim, özünә eylә mәrhәmәt.
Yarat surәtini, qalsın hәr vәdә,
Gülsün gözәlliyin gәlәcәkdә dә.

***

Bizi ölüm ilә qorxudur zaman,
Şeirim tab edәrmi bu ağır dәrdә?
Nә üçün ömrünü qorumayırsan,
Daha etibarlı, möhkәm bir yerdә?

Görürsәn, nә qәdәr bakirә gül var,
Gәncliyin bahardır, qoru ruhunu.
Qәlbini, hüsnünü sevgi yaşadar,
Nә fırça, nә qәlәm bacarmaz bunu.

Hәr şeyi yenidәn yaradır hәyat,
Gәl öz gәncliyini ver mәhәbbәtә.
Sevgiylә, sevdayla aç ki qol-qanad,
Sәni qovuşdursun әbәdiyyәtә.

Versәn öz ömrünü övladına sәn,
Onun varlığında ömür sürәrsәn.
   193   194   195   196   197   198   199   200   201   202   203