Page 193 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 193
a qucağından gur tufanların, Nÿbi Xÿzri
Mәn baxım axşamdan sәhәrә kimi.
Adla ağ yoluyla kәhkәşanların, 193
Parlasın hәr ulduz xatirә kimi.

Gәl, qış gecәsindә,
yaz sәhәrindә,
Dәnizi göylәrdәn ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlәrindә,
Sәn görüş vaxtını şimşәklәrlә yaz!

Mәn gәrәk nәğmәtәk sәni dinlәyәm,
Sәn mәnim eşqimlә, ürәyimlәsәn.
Nә qәdәr göylәr var, mәn sәninlәyәm,
Nә qәdәr dәniz var, sәn mәnimlәsәn.

Gözәl vә gözәllik

Günәş kainata nur göndәrir ki,
Yerdә gözәlliklә o bәhsә dursun.
Tәbiәt gözәlә qürur verir ki,
Qüruru gözәllәr gözәl qorusun!

Gözәllik yaranıb әzәldәn әzәl,
Gözәllik әzizdir baş taclarından.
Qoru qürurunu, a nadir gözәl,
Sakın sәn gözәllik hәrraclarından.

Qadını qürurla gözәllik bәzәr,
Bu haqqın sözünü nadimlәr dedi:
Namus doğuluşdan büllura bәnzәr,
Şüşә qab ya sındı, ya cingildәdi!

Dinsin mәhәbbәtdә kim sәmimidir,
Kәsilsin, bulaşsa çirkaba әllәr.
Gözәllik müqәddәs mehrab kimidir,
Tanrı, toxunmasın mehraba әllәr,
O qaba әllәr!
   188   189   190   191   192   193   194   195   196   197   198