Page 192 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 192
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Әsl mәhәbbәt ki, böyük hünәrdir,
Coşar ümman kimi tәzә arzular.
Mәnim dalğalarım xatirәlәrdir,
Orda tufan da var, burulğan da var.

Dәnizәm, eşqimdәn qaçmaq hәdәrdir,
Mәn ki adlayıram çölü, çәmәni.
Mәnim dalğalarım xatirәlәrdir,
Gecә dә, gündüz dә tapacaq sәni.

III

192

İstәsәn yuxuna gәlәrәm sәnin,
gәlәrәm dәniz kimi.
Üzünә incilәr çilәrәm sәnin,
çilәrәm dәniz kimi.

Yoluna şәfәqlәr sәpәrәm hәrdәn,
sәpәrәm dәniz kimi.
İstәsәn üzündәn öpәrәm hәrdәn,
öpәrәm dәniz kimi.
Adını qәlbimin sahillәrinә
yazaram dәniz kimi,
“Sevirәm” söylәsәn bir axşam mәnә,
Susaram dәniz kimi,
Susaram dәniz kimi.

IV

Dünyada sakitlik aramadım mәn,
Günәş kimi parla,
sәhәr kimi gәl.
Göylәrtәk yuxuma gәlmәk istәsәn,
Sәn aylı, ulduzlu göylәr kimi gәl.
   187   188   189   190   191   192   193   194   195   196   197