Page 142 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 142
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Doğma yurdum, de, sәnin
Qucağında nә yoxdur?
Xәzinәnә çatası
Zәngin xәzinә yoxdur.
Sәnsәn bu yer üzünün
Әn nadir mәmlәkәti.
Millәtimin şöhrәti,
Arzum, gümanım mәnim,
Azәrbaycanım mәnim.

Dünyanın dәnizlәri
Ümmanları az deyil,
O qәdәr göllәri var,
Üz qayıqla ilbәil.
142 Fәqәt deyin hansı göl
Gözәldir Göy gölümtәk?
Hansı dәnizdir qәşәng
Mәnim Xәzәrim kimi?
Sinәsindә od yanıb
Deyin hansı şәhәrin
Mәnim şәhәrim kimi.
Gül açmış qucağında
Arzum, hissim, niyyәtim.
Get işıqlı günlәrә,
Azad cümhuriyyәtim,
Bu günündәn sabahın
Daha da uğurludur.
Dünya bunu bilir ki,
Gәlәcәyin nurludur.
Mәnә sәadәt dolu
Qızıl bir cam vermisәn,
Gözәllikdәn yazmağa
Bitmәz ilham vermisәn.
Vәtәn eşqini duyan,
Sözlәrimi oxuyan
Bilir nәdәn gözәlsәn.
Mәndәn ötrü nә üçün
Hәr ölkәdәn gözәlsәn,
Şöhrәtim, şanım mәnim,
Azәrbaycanım mәnim!
   137   138   139   140   141   142   143   144   145   146   147