Page 137 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 137
t Almas Èldûrûm

Bir gülşәn yaptım, gülünü el aldı, 137
Bir tәk qönçәsini dәrmәdim, a dost!..
Bir bağça saldırdım, gәldi sel aldı,
Amma meyvәsini görmәdim, a dost!..

Canana can dedim, uzağa düşdüm,
Dosta bel bağladım, tuzağa düşdüm,
Әfsunlanmış qızıl bir ağa düşdüm,
Birlik dilәyinә ermәdim, a dost!..

Mәn baxarkәn o sevdiyim doğuya,
Sәn ortak ol bu içdiyim ağuya,
Orda bir gәlin var, qaldı yağıya,
Onu bir doyunca sarmadım, a dost!..

Bu çarpan qәlb onun, bu tәk can onun,
Damarlarımdakı axan qan onun,
Könlümü coşduran bu iman onun,
Mәn özgәyә könül vermәdim, a dost!..
   132   133   134   135   136   137   138   139   140   141   142