Page 144 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 144
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Yenә o bağ olaydı

Yenә o bağ olaydı, yenә yığışaraq siz
O bağa köçәydiniz.
Biz dә muradımızca fәlәkdәn kam alaydıq,
Sizә qonşu olaydıq.
Yenә o bağ olaydı, sәni tez-tez görәydim,
Qәlәmә söz verәydim.
Hәr gün bir yeni nәğmә, hәr gün bir yeni ilham,
Yazaydım sәhәr-axşam.
Arzuya bax sevgilim, tellәrindәn incәmi ?
Söylә ürәyincәmi ?

144

Yenә o bağ olaydı, yenә sizә gәlәydik,
Danışaydıq, gülәydik.
Ürkәk baxışlarınla, ruhumu dindirәydin,
Mәni sevindirәydin.
Gizli söhbәt açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çәkinәrәk çox zaman söhbәti dәyişәydin,
Mәnimlә әyişәydin.
Yenә bir vuraydı, qәlbimiz gizli-gizli,
Sәn ey әsmәr bәnizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qәlbә ki, boşdur!
Hәr üfüqdә bir hәvәs, hәr bucaqda bir umud,
İnsanlar daha mәsud.
Duyğular daha incә, fikirlәr daha dәrin,
Ürәklәr daha sәrin.
İnsanların vüqarı, tәlәbi daha yüksәk,
Yolumuzdan daş, kәsәk,
Tәmizlәnmiş bir az da. Ellәrin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!
   139   140   141   142   143   144   145   146   147   148   149