Page 122 - "Azərbaycan ədəbiyyatı antologiyası" (Poeziya)
P. 122
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû

Dünәn mәnә öz әlindә
Gül gәtirәn bir gәlin dә
Gözlәrindә min bir sual
Heykәl kimi dayandı lal...
O bәxtәvәr gözәlin dә
Mәn oxudum gözlәrindәn:
Şair, nә tez qocaldın sәn!?

Ovçuluğa meyil saldım,
Gecә-gündüz çöldә qaldım,
Dağ başından enib düzә
Bir ox kimi süzә-süzә
Neçә ceyran nişan aldım:
122 Cavab gәldi güllәlәrdәn:
Şair, nә tez qocaldın sәn!?

Bәzәn uca, bәzәn asta,
Ötür sazım min sim üstә,
Andı yalan, eşqi yalan,
Dostluğu da rüşvәt olan,
Ürәk yıxan bir iblis dә
Üzәvari deyir hәrdәn:
Şair, nә tez qocaldın sәn!?

Saç ağardı, ancaq ürәk
Alovludur әvvәlkitәk.
Saç ağardı, ancaq nә qәm!
Әlimdәdir hәlә qәlәm...
Bilirәm ki, demәyәcәk
Bir sevgilim, bir dә Vәtәn:
Şair, nә tez qocaldın sәn!?
   117   118   119   120   121   122   123   124   125   126   127