Page 138 - Design_Xezer_1_2018_Layout 1
P. 138

Varaq yapışdırma
                          daşa-divara,
                   Çərpələng uçurma
                          bu göy üzündə.
                   Dünyada sevməli
                   nə çox qadın var,
                   Axtar, birini tap özünə sən də...”


                   Hər söz,
                          elə bil ki,
                                 yanan şamdı, şam,
                   Әriyir gözümün önündə ancaq.
                   Mən hələ
                   oxuyub qutarmamışam,
                   Məktub yoxa çıxır
                          əlimdə ancaq.
           138
           2018    Onun telləritək
                          o qıvrım, gözəl
                   Sətirlər əriyir,
                          itir get-gedə.
                   Təkcə solğun xətti
                          görünür gözə,
                   Get-gedə qeyb olub itir xətti də...










              Semyon Kirsanov. Şeirlər
   133   134   135   136   137   138   139   140   141   142   143