Page 193 - "Kişi, qadın və çətir"
P. 193
ÇAĞDAŞ UKRAYNA ŞEİRİ
qohumlarla bütün əlaqələrim telefonladı
indi bütün əlaqələrim dinlənilir 193
bilmək istəyirlər ki
mən anamı çox sevirəm, ya atamı
bilmək istəyirlər ki
dəstəyə “oy-oy-oy” deyən nənəmin xəstəliyi
nədi
dinləyirlər görsünlər ki
bacım sevgilisi haqda nə düşünür
bəlkə də, artıq öyrəniblər ki
o, qabaqlar mənim sevgilim olub.

qan qohumlarıyladı
bütün telefon bağlantılarım:
indi bütün qanım dinlənilir
bilmək istəyirlər ki,
neçə faiz ukraynalı,
neçə faiz polyak,
neçə faiz rus qanıdı damarlarımda axan,
həm də qaraçı qanı varmı...
bilmək istəyirlər ki
kimin donoru olmuşam.
dinləyirlər görsünlər ki
hemoqlobin düşdümü başım üstdəki dam
kimi,
hüceyrə membranlarından sərhəd tikmək
olarmı?
   188   189   190   191   192   193   194   195   196   197   198