Page 194 - "Kişi, qadın və çətir"
P. 194
KİŞİ, QADIN VƏ ÇƏTİR
bilmirəm
bilmirəm anamla mənim aramda qazılmış
qəbirlərin üstündən necə atılıb keçim,
atamla mənim aramda uçan mərmilərə
quşlara baxdığım kimi baxa bilmirəm...
bacımla mənim aramda zirzəminin dəmir
qapısı
nənəmlə mənim aramda dua pərləri ─
səs keçirməyən incə ipək divarlar
194 ucuz başa gəlir
qohumluq əlaqələrini telefonla saxlamaq
hesabları yuxusuzluqla doldurmaq
sərxoş olmaq
qulaqcıqları taxıb başqalarının qanını
dinləmək
xüsusən də mənim qanım atəşə çevriləndə:
taaak!
Bölmə
şərq cəbhəsində dəyişiklik yoxdu,
nə qədər durğunluq olar, aman Tanrım?
ölümündən əvvəl metal isti olur
ölümündən sonra soyuq olur insan
mənə ordakı Luqanskdan danışmayın
o, çoxdan “qansk” olub
“lu”nusa qırmızı asfalta çeviriblər
bilmirəm
bilmirəm anamla mənim aramda qazılmış
qəbirlərin üstündən necə atılıb keçim,
atamla mənim aramda uçan mərmilərə
quşlara baxdığım kimi baxa bilmirəm...
bacımla mənim aramda zirzəminin dəmir
qapısı
nənəmlə mənim aramda dua pərləri ─
səs keçirməyən incə ipək divarlar
194 ucuz başa gəlir
qohumluq əlaqələrini telefonla saxlamaq
hesabları yuxusuzluqla doldurmaq
sərxoş olmaq
qulaqcıqları taxıb başqalarının qanını
dinləmək
xüsusən də mənim qanım atəşə çevriləndə:
taaak!
Bölmə
şərq cəbhəsində dəyişiklik yoxdu,
nə qədər durğunluq olar, aman Tanrım?
ölümündən əvvəl metal isti olur
ölümündən sonra soyuq olur insan
mənə ordakı Luqanskdan danışmayın
o, çoxdan “qansk” olub
“lu”nusa qırmızı asfalta çeviriblər