Page 989 - antologiya - poeziya_175x250_Layout 1
P. 989

Vaqif Nÿsib


                Omaroğlu özünü yığışdırdı. Mәmmәrzә eşiyә xoş-beşә çıxdı. Gәlәni
            ha çalışdısa, tanıya bilmәdi. Yaxşı ki, tanışlıq verdi suyuşirin, ortaboy, orta -
            yaşlı kişi.
                – Musaköylü Yusufam, İsmeylin dәdәsi. Nә var, nә yox, tanış olaq bir.
                Aqronom İsmayılın atası idi, tәzәbәyin. Görәsәn, niyә gәlmişdi? Özü
            dә tәk-tәnha.
                – İçәri gәl, xoş gәlib, sәfa gәtirmisәn. Keç-keç. Tanış ol Omaroğluyla da.
                Omaroğlu ayağa durub ikiәlli görüşdü gәlәnlә. İçmәyi heç bilinib-
            elәmirdi. Elә bil başı xamırlılardan yox, sәnәkdәn doldurub, Alı bulağının
            suyundan içirmiş. O da fikirlәşirdi ki, kimdi, görәsәn, bu gәlәn, nә gәzir
            belә.
                – Ağrın alım, Omaroğlu, yaxşı deyiblәr, igidin adını eşit, üzünü görmә.
            Üzümә salıb gәldim ki, üzünü dә görәm. Çox eşitmişdim haqqında.
                – Mәndәn nә igid. İndinin igidlәri cavanlardı.                     413
                Omaroğlu fürsәt tapıb Mәmmәrzәyә baxdı ki, bәlkә, o, gözlә-qaşla
            qandıra kimdi bu belә. Mәmmәrzә başa düşdü o saat.
                – Bizim ağronomun atasıdı, gәlib gap elәmәyә.
                Hәr şey aydın oldu. Qudasıdı demәk. Yaman pis oldu Omaroğlu. İşә
            bax gör, sәn sәnin Allahın, bircә yadigarı Sәlvinin toyunda da qıraqda qalıb,
            balasının xeyir işini dә görә bilmir iki addımlıqdan.
                – Hә, lap yaxşı, bә xeyir ola belә?
                Kişi bir xeyli sözünü yığa bilmәdi. Sonra elә nә cür gәldi kәkәlәdi.
                – Gәlmişәm xeyir-dua verәsәn, hәr halda, el bilir, gәlinimizin atası
            Omaroğludu.
                Omaroğlu yaxşı başa düşdü bu gәlişin mәqsәdini. Qorxurmuşlar, toya
            gәlib çıxar birdәn. Xeyir-duasını buradaca alıb, yolunu çәpәrlәmәk
            istәyirlәr. Odur ki, bozardı:
                – Sizә qızı mәn ha vermәmişәm, xeyir-dua istәyirsiniz. Kimә elçi
            düşmüsünüz, o da versin.
                Daha heç nә demәyib baş otağa keçdi. Yusuf kişinin pәrtliyini görüb,
            yazıq Mәmmәrzә әl-ayağa düşdü.
                – Fikir vermә, dәrdin alem. Ağırdı dana, onun üçün dә. Gedin, şadya -
            nalıqla toyunuzu elәyin. Allah xeyirlәrini versin. Oğullu-qızlı olsunlar.
                Kişi dil-ağız elәyib getdi.
                ...Toy evindә iynә üstә oturmuşdu ağsaqqalların çoxu. İynә üstә.
            Dәmirçi Abdullanın qulağı sәsdә, ürәyi sәksәkәdә idi. Bir dәqiqә, bir il kimi
            gәlirdi ona. Sayalının rәngi-ruhu özündә deyildi. Dәqiqәdәbir gözünün
            qorasını sıxırdı. Müsәllim kişi özünü vermişdi Hasanın böyrünә, hәr ikisi
            üzü alaqapıya tәrәf oturmuşdu ki, içәri girәni birinci görsünlәr. Evindә
   984   985   986   987   988   989   990   991   992   993   994