Page 9 - antologiya - poeziya_175x250_Layout 1
P. 9
demək olar ki, heç bir şərait yaratmayacaq qədər kanonikliyini, digər tərəfdən,
həmin poeziyanın ən böyük ustadının məharətini təsdiq edir.
Vidadi, xüsusilə Vaqif Azərbaycan poeziyası tarixinin üçüncü dövrünün
ən görkəmli simalarıdır ki, onların yaradıcılığı bilavasitə xalq (aşıq) şeirinə
əsaslanmaqla milli intibah keyfiyyətində təzahür edir. Və bu dövrdə şifahi xalq
şeirinin janrı olan qoşma, xüsusən ikinci dövrdə yazılı ədəbiyyatda möhkəm -
lənmiş qəzəlin klassik nüfuzunu, demək olar ki, tamamilə sındırır. Eyni zamanda
poeziyaya güclü bir axınla ideya-məzmun xəlqiliyi, realizm, kütləvilik gəlir…
Nəticə etibarilə, yeni Azərbaycan şeirinin tarixi başlayır…
Ona görə də Azərbaycan poeziyası tarixinin dördüncü dövrü həm də yeni
Azərbaycan şeiri tarixinin ikinci dövrüdür… Və bu dövr Zakir, Vazeh, Nəbati,
Natəvan, Seyid Әzim… kimi müxtəlif üslublu şairlərlə təmsil olunur ki, həmin
müxtəlif üslubluluq özünü həm ideya-məzmunda, həm də poetexno logiyada
göstərir. Әn mühüm yenilik isə şeirdə realizmin, xüsusilə tənqidi realizmin o
dövrə qədər görünməmiş bir səviyyədə güclənməsidir. 9
Məlum olduğu kimi, XX əsrin əvvəlləri Azərbaycanın ictimai-siyasi,
mədəni həyatında yalnız ideoloji yüksəliş deyil, eyni zamanda ciddi ziddiyyətlər,
qarşıdurmalar, kataklizmlər dövrüdür. Və bunu dövrün Sabir, Səhhət, Hadi,
Cavid… kimi bö yük söz ustalarının yaradıcılığı da nümayiş etdirir. Fikri mizcə,
əsas təzad ondadır ki, bir tərəfdən, türkçülük, islam çılıq və müasirlik mü -
naqişəsi son həddə çatır, digər tərəfdən isə, həmin ideoloji cərəyanların va hid
bir məcrada birləşməsi fikri müdafiə olunur… Poeziya romantik və realist ol-
maqla biri digərini həzm etməyən iki metodoloji cəbhəyə ayrılmaqla yanaşı,
daha güclü olan romantiklər də müxtəlif təmayülləri əks etdirirlər.
XX əsrin 20-ci illərindən etibarən meydana çıxan, 30-cu illərdə isə artıq
öz yaradıcılıq prinsiplərini müəyyənləşdirən poeziyanın əsas nümayəndələri
sırasına Səməd Vurğun, Süleyman Rüstəm, Şəhriyar, Rəsul Rza, Məmməd
Rahim, Mikayıl Müşfiq, Әliağa Vahid, Mirvarid Dilbazi, Nigar Rəfibəyli, Balaş
Azəroğlu, Hüseyn Arif, Nəbi Xəzri, Bəxtiyar Vahabzadə, Mədinə Gülgün,
Qabil, Söhrab Tahir, Әli Kərim, Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk, Cabir
Novruz, Məmməd Araz, Tofiq Bayram, Fikrət Qoca, Musa Yaqub, Vaqif
Səmədoğlu, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zakir Fəxri,
Vaqif Bayatlı Odər, Zəlimxan Yaqub, Vaqif Bəhmənli… daxildirlər. Әn azı üç
nəsli təmsil edən həmin şairləri üslub, yaradıcılıq texnologiyası baxımından
ayıran cəhətlər az olmasa da, ideya-mövzu ortaqlığı kifayət qədər çoxdur ki,
buraya ilk növbədə millilik, vətənpərvərlik, ümumbəşərilik, humanizm,
məhəbbət, təbiət gözəllikləri aiddir. Xüsusilə birinci, eləcə də müəyyən qədər
ikinci nəsil “sosializm konyukturu”nun təsiri altında da olmuş, lakin etiraf
etmək lazımdır ki, ən məhdud ide o loji şəraitdə də milli məfkurənin (və “mən -