Page 14 - antologiya - poeziya_175x250_Layout 1
P. 14
Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû
O zülfündәn bir tükü al, biz yazığı bәndinә sal,
Qan bahası qәnd oğurla dodağından, göndәr bizә!
Gәl üzündәn aç örtüyü, gözlәrimiz işıqlansın,
Günәş batsa, sәn işığı camalından göndәr bizә!
Gah yuxuda yetir bizә vüsalının pәyğamını,
Gah da vәfa salamını sәn sәbadan göndәr bizә!
Xaqaniyә hәr an yetәr min dәrdü qәm hәsrәtindә,
O min dәrddәn biri üçün, rәhm et, dәrman göndәr bizә!
Sәn bunların heç birini etmәsәn dә, insafa gәl,
14 Heç olmazsa, o qәlbi ki, aparmışsan, göndәr bizә!
***
Ay nә lazım, sәn kimi mәhru kifayәtdir mәnә,
Gül nә lazım, sәn kimi xoşbu kifayәtdir mәnә.
Sevgilim, әqlim olubdur eşqinin divanәsi,
Çәkmә zәncir fikri, ol geysu kifayәtdir mәnә.
Göz yaşımdırsa buludsuz bir yağış yağdırmayan,
Bir buludtәk zülfi-әnbәrbu kifayәtdir mәnә,
Hüsnünü seyr etmәyә yox ehtiyac ayinәyә,
Әllәrintәk bir zәrif güzgü kifayәtdir mәnә.
Zülfünün rәngi mәnim merac gecәmdir, şübhәsiz,
Qabә qövseynin – iki әbru, kifayәtdir mәnә.
Ehtiyacım yox, nә lazımdır hümanın kölgәsi,
Sayeyi-kuyindә olsam, bu kifayәtdir mәnә.
Qәsd qılmış tökmәyә Xaqaninin qanın fәlәk,
Qәtlim üçün sәn kimi dilucu kifayәtdir mәnә.