Page 5 - antologiya - poeziya_175x250_Layout 1
P. 5

Azərbaycan poeziyası


                      zərbaycan xalqının istər təsəvvüründə (ümumən dünyagörüşündə),
                      istərsə də yaradıcılıq təcrübə sin də poeziya yalnız söz sənəti və ya
               Aincəsənət deyil, həm də (əslində, daha  çox) dünyanı bütün
          çoxspektrli təzahürləri ilə ən kütləvi (və təbii, səmimi) dərk etmək üsulu,  onun  5
          magiyasına üstün gəlmək, nəticə etibarilə, özünü (insanı!) təsdiq  etmək meto-
          dudur. Odur ki, qədim dövrlərdən bəri azərbaycanlı üçün şairlikdən böyük,
          şairlikdən nüfuzlu, hətta şairlikdən müqəddəs məqam ya olmamış, ya da çox
          az olmuşdur. Və təsadüfi deyil ki, bu ənənə son dövrə qədər gəlib çıxmış, müasir
          Azərbaycan poeziyasının banisi, xalq şairi Səməd Vurğuna nüfuzlu bir şəxsi
          həddindən artıq tərifləyəndə özündən asılı olmayaraq demişdi ki, bəlkə də,
          elədir, ancaq Şair ki deyil.
               Azərbaycan poeziyasını yaradanlar, bir tərəfdən, dünyanı dərk etməyin
          mükəmməl bədii-fəlsəfi nümunələrini verirdilərsə, digər tərəfdən, hər biri öz
          növbəsində epoxasının eyni dərəcədə mükəmməl (və parlaq) bir Şair obrazını
          yadigar qoyub gedirdilər:… Nizami, Nəsimi, Xətai, Füzuli,  Vaqif, Zakir, Seyid
          Әzim, Sabir, Hadi, Cavid, Səməd Vurğun…
               Ümumən dünya poeziyasının şedevrlərinə imza atmış Nizami Gəncəvi
          “şeirdən ucalıq umma dünyada, çünki Nizamiylə qurtardı o da” deyəndən bir-
          iki əsr sonra onun mütəfəkkir xələfi Nəsimi eyni qürurla “həqq mənəm, həqq
          məndədir, həqq söylərəm” deməkdən çəkinməmişdi. Dahi Füzuli isə Məcnun
          kimi cahanşümül bir obrazı azərbaycanlı (türk) qiyafəsində  dünyaya yenidən
          gətirib ardınca  söylə mişdi: “Məndə Məcnundan füzun aşiqlik istedadı var,
          aşiqi-sadiq mənəm, Məcnunun  ancaq adı var”… Və “bənzərəm bir qocaman
          da ğa ki, dəryada durar” deyən Sabir də, hər sözə özünəməxsus kinayə ilə
          yanaşsa da, bu sözündəki Şair iddiası hər cür kinayənin fövqündə idi.
               Әn yeni dövrdə isə Şair “mən”inin milli mənəvi (və ideoloji) qüdrətini
          Səməd Vurğun nümayiş etdirərək bütöv bir xalqın adından Vətənə birbaşa
          müraciət etmək səlahiyyəti olduğunu təsdiq elədi: “El bilir ki, sən mənimsən,
          yurdum, yuvam, məskənimsən!..”
   1   2   3   4   5   6   7   8   9   10