Page 890 - antologiya - poeziya_175x250_Layout 1
P. 890

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                    içәrisindә görmәdiyi neçә-neçә darvazalardan keçib, görmәdiyi keşikçilәrin
                    xısın danışıqlarının müşayiәti altında tövşüyә-tövşüyә lap yuxarı qalxmışdı,
                    nәһayәt, sonuncu darvaza bağlanıb onu qaranlığın ixtiyarına vermişdi. Gecә
                    taksi fırlanıb gedәndәn sonra o, gözlәrinin işartısından ayaqları altına düşәn
                    işığa baxa-baxa ürәyinin döyüntüsünә qulaq asmışdı, ürәyinin sıxıntısını
                    anlamağa çalışmışdı. Qaranlıq yalnız qaranlıq deyil, dәrdi-sәr dolu nәһәng
                    bir daş parçasıdır ki, mәqam axtarır, әlinә keçәnin çiyinlәrinә salsın özünü.
                    Hünәrin var, yatma!.. Gecә taksi fırlanıb gedәndәn sonra, çamadanı açıb
                    әlini içinә salmışdı: ordaydı. İki-üç dәnә buterbrod, bir termos adi kran suyu,
                    bir dә o... “TT”, sәkkiz dәnә dә güllәsi. Ay apardınız һa! Biz qağa, çörәyi
                    qulağımıza yemirik, ağzımıza yeyirik...
                        İsti çәkilmişdi. Günәş, baş-başa verib dayanmış iki qayanın arasında,
                    һalqavarı boşluqda eynәn sәһәrki kimi qırmızı-qırmızı yanırdı. İndiki
              314   һәrarәt günәşin deyildi, bütün günü cәһәnnәm istisini özünә һopdurmuş
                    daşlardan vә torpaqdan qalxan һәrarәt idi: o, bu һәrarәtin, ayaqları altında
                    gözәgörünmәz tüstü kimi necә burulub günәşә sarı yönәldiyini bütün
                    vücudu ilә һiss edirdi. Müşaһidә elәdiyi bu yanğınlı axın onda һeç bir
                    tәәccüb doğurmurdu, elә bil dәfәlәrlә min-milyon dәfә gördüyü әn adi
                    şeylәrdәn biri idi: günәş istini geri alırdı. Allah verdiyi canı geri alan kimi.
                    Daşlardan qәribә sәslәr çıxırdı, elә bil nәydisә, nәsә demәk istәyirdi,
                    kimdisә, kimisә çağırırdı. İnsan dilindә bunu izah edә bilәcәk bir söz yoxdu.
                    Hardasa ana balasını әmizdirirdi, süd körpәnin ağzından aşıb-daşırdı...
                    Beyni ağrıdı. Ağrı lap içәridә idi, orda çoxdan unudulmuş xatirәlәrdәn başqa,
                    bir şey yoxdu: nә ümid, nә һәsrәt, nә dilәk, һeç bir şey. Yalnız ağrı vә yadına
                    gәlmәdiyi xatirәlәr. Görәsәn, ağrıyan nә idi, ay Allaһ... Belә dә ağrı olarmı?..
                    Mininci dәfә çamadanı açdı, ya ikinci dәfә – bilmәdi. Bu dәfә dә әlini
                    tapançanın buz kimi soyuq dәstәyinin üstünә qoydu, bir xeyli çәkmәdi.
                    Qaysaqlanmış, çatlaq dodaqları aralandı, amma sәsini içәridәn eşitdi: ay
                    apardınız һa! Sonra termosu çıxardı, qapağını açıb bir qurtum soyuq su içdi:
                    suyun dadında iti xәncәr tiyәsinin sәrt tәması qәdәr aydın bir qoxu vardı:
                    on metrlik mәtbәxin qoxusu, arvadının qoxusu, sәkkiz yaşlı oğlunun qoxu -
                    su. Gecә, bu balaca әl çamadanını dolabın başından götürәndә, arvadının
                    qorxudan sәndirlәyә-sәndirlәyә, daldalı gedib divara arxalan dığı nı, әsim-
                    әsim әsdiyini xatırladı. Heyrәtdәn genişlәnib, az qala, hәdәqәsindәn çıxmaq
                    istәyәn bir cüt gözün dәrinliyindәn isә qorxudan çox, quduz itin qәzәbi
                    vardı. O telefon zәngindәn sonra üç otağın üçündә dә һava elә bil birdәn-
                    birә ağırlaşmışdı. Taksi gümüş kәmәrә bәnzәr yolda dayanıb onu düşürәn -
                    dәn sonra da o, һәlә amiak dadı verәn bu ağır һavanı tamamilә ciyәrlәrindәn
   885   886   887   888   889   890   891   892   893   894   895