Page 358 - antologiya - poeziya_175x250_Layout 1
P. 358

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû


                                 Hәr şeydәn qabaq...

                                 İnsanam hәmişә, hәr vaxt, hәr anda,
                                 Gözümdә gecәni mәn dan etmişәm.
                                 Әn yaxşı şeirimi bir dost yolunda
                                 Vaxtında yazmayıb qurban etmişәm.


                                 Görәn, hansı haya-haraya gedir,
                                 Bu şose yolları, dәmir yolları?
                                 Özü dә bilmәyir haraya gedir,
                                 Qoşulub qatara ömür yolları.

                                 Hәrdәn düşünmәyib, fikrә dalmayıb,
                                 Unudub hәyatda dәrin qatları,
             358                 Bәzәn özümüzdәn asılı olmayıb
                                 Mәnasız sürürük köhlәn atları.

                                 Hәr şeyin, hәr kәsin öz yeri varmış,
                                 Yersiz qayğıları çәkmişәm, düzü...
                                 Hәlә doğulmamış, heç yaranmamış
                                 İçimdә öldürüb, boğmuşam sizi.

                                 Övladdır şairә, doğmadır, әziz,
                                 ...Görünür hardasa mәn koram, karam;
                                 Ölәn şeirlәrim, bağışlayın siz,
                                 Bu ağır itkiyә mәn günahkaram.

                                 Bircә tәsәllim var:
                                 Çiynimdә bir dağ
                                 Torpağa bağlıyam, yerә bağlıyam;
                                 Hәyatda şairdәn, şeirdәn qabaq,
                                 Axı, mәn insanam, insan oğluyam.



                                 Bir qız ağlayır


                                 Qılınctәk qınından sıyrılır gecә,
                                 Nә vaxt ki, gün kimi mәhәbbәt batır.
                                 Hәr insan qәlbindә sakit, gizlicә
                                 Qıvrıla-qıvrıla bir sevgi yatır.
   353   354   355   356   357   358   359   360   361   362   363