Page 33 - antologiya - poeziya_175x250_Layout 1
P. 33

Øàù Èñìàéûë Õÿòàè







                           Bülbüli-şuridәyәm gәl tez iriş,
                           Ey lәbi çün qönçә xәndanım mәnim.


                           Dönmәzәm eşqin yolundan, haq bilür,
                           Gәr tökәrlәrsә yerә qanım mәnim.






                           * * *

                           Qızılgül, bağü bustanım, nә dersәn?                      33
                           Fәda olsun sәnә canım, nә dersәn?


                           Qәrarü sәbrü aramım tükәndi,
                           Kәsildi, külli fәrmanım, nә dersәn?


                           Әridi iliyim, qaldı sümiyim,
                           Bu tәni tәrk edәr canım, nә dersәn?


                           Qamu dәrdlilәrә dәrman bulundu,
                           Dәvasız dәrdә dәrmanım, nә dersәn?


                           Qamunun küfr ilә imanı vardır,
                           Mәnim küfr ilә imanım, nә dersәn?

                           Sәnin mәqsudun oldur kim, ölüm mәn,
                           Hәlal olsun sәnә qanım, nә dersәn?


                           Әgәr yatsam min il torpaq içindә,
                           Dürüstdür әhdü peymanım, nә dersәn?

                           Xәtai can ilә çün sәni sevdi,
                           Sevәn ölsünmi, sultanım, nә dersәn?
   28   29   30   31   32   33   34   35   36   37   38