Page 273 - antologiya - poeziya_175x250_Layout 1
P. 273

Tofiq Bayram


                      Axtaracaqsan

                      Hәlә qulağına çatmır harayım,
                      Bir vaxt mәni gülüm, axtaracaqsan.
                      Görsәn viran olub könül sarayım,
                      Uçulub özülüm, axtaracaqsan.


                      Dağ yarar sel selә qarışmaq üçün,
                      Qәm dilә hökm edәr danışmaq üçün,
                      Mәnimlә görüşüb barışmaq üçün,
                      Ay mәndәn küsülüm, axtaracaqsan.

                      Yandırdı ay üzlü mәlәklәr mәni,
                      Aldatdı qurduğun kәlәklәr mәni.
                      Silib sovuracaq külәklәr mәni,                                273
                      Qalmayacaq gülüm, axtaracaqsan.


                      Daş olub yoluna düzülәcәyәm,
                      Yaş olub gözündәn süzülәcәyәm,
                      Sәnә yanıq verib tez ölәcәyәm,
                      Mәni zülüm-zülüm axtaracaqsan.

                      Qәmin yox olacaq bir gün dәmindәn,
                      Yelkәnin qopacaq tale gәmindәn.
                      Ürәyin deyәcәk öz hәmdәmindәn
                      Qoymaram üzülüm, axtaracaqsan.


                      Yüz nalә çәkirәm bir simin üstә,
                      Çәkmә qılıncını sәbrimin üstә,
                      Elә ki ot bitdi qәbrimin üstә,
                      Rahlandı mәnzilim, axtaracaqsan.

                      Yar da axtarmasa mәni yar kimi,
                      İtmәrәm әlindәn uçan şar kimi,
                      Mәni oğul kimi, sәnәtkar kimi,
                      Ay mәnim öz elim, axtaracaqsan!
   268   269   270   271   272   273   274   275   276   277   278