Page 269 - antologiya - poeziya_175x250_Layout 1
P. 269

Tofiq Bayram


                      Qadın ürәyi

                      Necә rәhmlidir, necә amansız,
                      Necә mehribandır qadın ürәyi!
                      Sәn onu sındırsan, bil ki, a qansız,
                      Ağlayan kamandır qadın ürәyi.


                      ...Güldürsәn, ömürlük sәadәtindir,
                      Söndürsәn, yanmağı bir dә çәtindir.
                      O, әsl qayğının, mәhәbbәtindir,
                      Sevgisiz zindandır qadın ürәyi.

                      Daşı da әridәr, daş da olar o,
                      Әriyib gözlәrdә yaş da olar o.
                      Bahar da olar o, qış da olar o,                               269
                      Damladır, ümmandır qadın ürәyi.


                      Onunla dünyadır sәnә qәfәs dә,
                      Onsuz heç yaşama bu torpaq üstә.
                      Sevәn bir ürәyә axır nәfәsdә
                      Әn gözәl dәrmandır qadın ürәyi.

                      Onu alçaldan da, ucaldan da biz,
                      Dәrd verib, vәdәsiz qocaldan da biz.
                      Qәdrini bilәndә bu cahanda biz,
                      Hәmişә cavandır qadın ürәyi.


                      Bәzәn gültәk solar acı bir sözdәn,
                      Ağlayar xәlvәti, gülsә dә üzdәn,
                      Bәzәn uşaq kimi bir ürәksizdәn
                      Mәhәbbәt umandır qadın ürәyi.

                      Bir namәrd әlindәn zәhәr içәndә,
                      Keçirәr ömrünü o, yas içindә.
                      Bәzәn әn qiymәtli libas içindә,
                      Nalәdir, fәğandır qadın ürәyi.

                      Sәnsiz әl çәkәrәm arzudan, kamdan,
                      Nә çıxar sevgisiz –  sәnsiz ilhamdan?
                      İncitsәn, dözәrәm, Tofiq Bayramdan
                      İncimә, amandır, qadın ürәyi!
   264   265   266   267   268   269   270   271   272   273   274