Page 276 - antologiya - poeziya_175x250_Layout 1
P. 276

Azÿrbaycan ÿdÿbiyyatû antologiyasû




                                Mәcnunam desәm azdı,
                                Könül bu mәhәbbәtdәn
                                Divanәdi-dәlidi.
                                Xoşbәxtlikdәn uludu.
                                Mәnim bu әziz dәrdim.
                                Heyif bircә canım var,
                                Bu sevginin yolunda
                                Yüz min dәfә ölәrdim.




                                * * *


             276                Gecә yaman uzundur
                                Gözümün işığına
                                    hәr kirpik bir yük olur,
                                   Gecә yaman uzundur.

                                Bәzәn bir ömürdәn dә
                                            bir gecә böyük olur,
                                   Gecә yaman uzundur.

                                Xәyallar şirin-şirin,
                                      Xәyallar acı-acı,
                                   Gecә yaman uzundur.


                                Qәlb vüsalın möhtacı,
                                Göz yuxunun möhtacı,
                                    Gecә yaman uzundur.


                                İndi, yәqin, yuxuda
                                      Xumar-xumar gülürsәn,
                                Eh... sәn hardan bilirsәn
                                    Gecә yaman uzundur.
   271   272   273   274   275   276   277   278   279   280   281