Page 1019 - antologiya - poeziya_175x250_Layout 1
P. 1019

El÷in


            Zibanın ruhu ondan inciyәcәk, hәtta küsәcәk vә buna görә dә Buzovnada
            fәhlә yataqxanasındakı görüş çox çәkmәdi.
                Әslindә, daha belә görüşlәrә qaçqınların da hәvәsi vә demәyә bir sözü
            qalmamışdı, çünki nә qәdәr söz var idisә, bu on-on bir ildә hamısını
            demişdilәr, amma nә olsun? – xaricdәn gәlirdilәr, baxırdılar, hәr şeyi öz
            gözlәri ilә görürdülәr, başlarını bulayırdılar, hәtta elәsi olurdu ki, bax, bu
            uzun, kürәn qız kimi, gözlәri dolurdu, elә bu qız kimi dә, fotoaparatla şәkil
            çәkirdilәr, bloknotlarında nәsә yazırdılar, sonra da çıxıb gedirdilәr – nә
            dәyişirdi?
                Mәmmәd kişinin arvadı Sürәyya xala ikinci mәrtәbәdәki aralıqda
            hәmin uzun, kürәn qızın – İzabel Xanukoffun qabağını kәsib vә qaçqınların
            işlәri ilә mәşğul olan bәzi mәmurların: “Xaricdәn gәlәnlәrlә nәzakәtli olun”
            xahişini dә bir tәrәfә tullayıb:
                – Bura bax, – dedi. – Bizә heç nә lazım deyil! Bizә humanitar yardım  443
            da lazım deyil! Onu da aparın ermәnilәrә verin! Bizә heç nә lazım deyil! A
            tövbә! Bizә Şuşanı qaytarın! – Sonra üzünü tәrcümәçi qıza tutdu: – Az,
            tәrcümә elә! Nәtәr deyirәm, elә dә tәrcümә elә! – Vә tәrcümәçi qız onun
            sözlәrini tәrcümә etmәyә başlayanda, beşinci mәrtәbәdәn düşüb uşaqlarla
            birlikdә xaricdәn gәlәn növbәti qonağa tamaşa edәn Qalibin – Cümü ilә
            Sonanın oğlunun – qolundan yapışıb irәli çәkdi. – Bax, bu, Şuşanı görmәyib,
            burda anadan olub! Bunun vәtәni bu yataqxanadı! Yataqxana adamın vәtәni
            olar? Yataqxana adamın torpağı olar? – Sonra da aralığın açıq pәncәrәsindәn
            әlini uzadıb zeytun ağacının altındakı skamyada oturmuş Mәmmәd kişini
            göstәrә-göstәrә әmәlli-başlı qışqırdı, elә bil Şuşanı ermәni yox, bu uzun,
            kürәn qız onların әlindәn almışdı. – Odur, bax, – dedi, – mәnim kişim on
            ildi orda oturub öz-özü ilә danışır! Nәr kimi kişi idi!  Top atsaydın,
            yıxılmazdı!
                Vә daha da bәrkdәn qışqırdı:
                – Şuşanı qaytar bizә! Şuşanı!.. Şuşanı!..
                Mәmmәd kişi arvadının sәsini eşidib zeytun ağacının altından soruşdu:
                – Nolub Şuşaya?
                Sürәyya xala:
                – Heç nә olmayıb Şuşaya!
                – dedi vә özünü saxlaya bilmәyib hönkürә-hönkürә qonaqlardan ayrılıb
            yaşadıqları otağa girdi.
                İzabel Cenevrәdә aldığı şәxsi hәdiyyәsini – fransız әtrini – son görüşә
            saxlamışdı vә onu elә bu qadına vermәk istәyirdi, amma, doğrusu, onun
            ardınca otağa girmәyә, bu sözlәrdәn sonra o kiçik hәdiyyәni ona vermәyә
            ürәk elәmәdi vә onlar beşinci mәrtәbәyә gәlib çıxanda qәribә bir hadisә
   1014   1015   1016   1017   1018   1019   1020   1021   1022   1023   1024