Page 1007 - antologiya - poeziya_175x250_Layout 1
P. 1007

El÷in


            Buzovnadakı bu fәhlә yataqxanasında mәskunlaşdılar, aradan keçәn bu on
            ildәki hәyat Cümünün ömrü deyildi, bu, başqa bir şey idi. Nә idi? Nә idisә
            dә, Cümünün yaşadığı ömür Şuşada, o Ağadәdәli mәhәllәsindә qaldı vә
            Cümü bütün sısqa vücudu ilә hiss edirdi ki, bir daha Şuşaya gedib o ömrü
            davam etdirmәyәcәk, ona görә yox ki, ermәni haçansa Şuşadan qovulmaya -
            caq, ona görә ki, Cümü elә burada ölәcәk vә onun mafәsini Buzovnadakı
            fәhlә yataqxanasının hәyәtindәn qaldırıb, aparıb kәnd qәbiristanlığının
            böyründә bir yer tapıb basdıracaqlar vә bu әtrafın sümsük itlәri dә gәlib
            orda pislik edәcәk.

                                             V


                Elә ki qәfil bir hәmlә ilә Zibanı tutan xәstәlik onu nәfәs almağa qoy-
            murdu, elә ki tәngnәfәs olub az qalırdı boğulsun, o zaman sidq-ürәkdәn  431
            gәlәn bir tәәssüflә (heyhatla!) deyirdi:
                – Qәçrәşin havası lazımdı mәnә... Qәçrәşin havası mәni sağaldardı...

                                             VI


                Şuşa camaatı vә o cümlәdәn Cümü gözünü açıb Gözlә-Gәlirәm
            Mәmmәd kişini Bazar başında çayçı görmüşdü vә o çayxanada oturub çay
            gözlәyә-gözlәyә ondan soruşanda ki, “Mәmmәd dayı, bizim çayımız nә
            oldu?”, Mәmmәd kişi әlindәki nәlbәki-stәkanları başqa mizin arxasındakı
            növbәti müştәrilәrin qabağına düzә-düzә deyirdi: “Gözlә, gәlirәm!” vә üç
            göz qırpımından sonra o gözәl çay, hәqiqәtәn, gәlib mizin üstünә düzülürdü.
            Bir mizin arxasında istәyir iki adam otursun, istәyir on adam, fәrqi yox idi,
            Gözlә-Gәlirәm Mәmmәd kişi çayı birdәfәyә gәtirirdi, özü dә mәcmәyisiz –
            bir әlindә (sağ әlindә), hәrәsi iki nәlbәki-stәkan beşmәrtәbә çay sarayı
            gәtirirdi vә hәlә Şuşada heç kim görmәmişdi ki, Gözlә-Gәlirәm Mәmmәd
            kişi bircә dәfә әlindәn stәkan salıb sındırsın, amma on il idi ki, Mәmmәd
            kişi Buzovnadakı bu fәhlә yataqxanasında yaşayırdı, Bazar başındakı o
            çayxana da, bir әlindә tutduğu o beşmәrtәbә çay sarayı da çayxananın
            kәklikotu, nanә, yarpız, hil, mixәk, darçın qoxusu hopmuş ab-havası kimi,
            hәmişәlik bir keçmişdә qalmışdı, Gözlә-Gәlirәm ayaması da o çayxana ab-
            havasına sadiq qalaraq yavaş-yavaş yaddan çıxıb getmişdi vә indi Mәmmәd
            kişi özü birdәn-birә o qәdәr qocalmışdı, o qәdәr әldәn düşmüşdü ki, bir ar-
            mudu stәkanı güclә әlindә tutub çay içә bilirdi.
                Fәhlә yataqxanasının hәyәtindә qәdim bir zeytun ağacı var idi vә o
            qәdim zeytun ağacının altında sovet dövründәn qalma sınıq-salxaq bir
   1002   1003   1004   1005   1006   1007   1008   1009   1010   1011   1012