Page 1003 - antologiya - poeziya_175x250_Layout 1
P. 1003
El÷in
boyunca da qızın ürәyini sızıldatdı. Ziba – İzabelin anası – on dörd il idi ki,
ağ ciyәr xәrçәngindәn vәfat etmişdi vә hәmin 1989-cu ildә İzabelin on
sәkkiz yaşı var idi vә aradan keçәn bu on dörd ildә İzabelin ürәyindә çox
hәzin, çox kәdәrli bir nostalgiya hissi var idi, o nostalgiya Ziba nostalgiyası
idi, bәzәn üzә çıxırdı, yandırıb-yaxırdı, bәzәn dә, çaxır çöküntüsü şüşәnin
dibinә yatan kimi, qızın ürәyinin dibinә çökürdü, amma heç vaxt yox ol-
murdu.
İllәr keçirdi, amma o Ziba nostalgiyası elәcә İzabelin ürәyinin içindә
idi, hәtta bәzәn bu cavan vә sәrbәst qızın hәyatının hansısa gözәl
mәqamlarında bir müddәt o nostalgiya lap dibә çökürdü vә hәmin
mәqamlarda İzabel birdәn gözlәnilmәz bir tәlaş hissi ilә diksinib o Ziba
nostalgiyasını tәlәsik üzә çıxarırdı, çünki artıq on dörd il idi ki, ürәyindә
gәzdirdiyi o hissiyyat da bu qızın gündәlik hәyatının tәrkib hissәsi idi.
İzabel özündәn böyük qardaş vә bacılarından fәrqli olaraq, Azәr - 427
baycanı görmәmişdi, İsraildә, Qüds ilә İordaniya sәrhәddi arasında Eriha
deyilәn kiçik bir şәhәrdә anadan olmuşdu, amma “Azәrbaycan” sözü dә o
Ziba nostalgiyasının içindә İzabelin ürәyindә idi, çünki Ziba hәyatının
iyirmi ildәn artığını – 1968-ci ildәn – İsraildә yaşasa da, onun fikri-zikri,
hisslәri heç cürә bu ölkәyә sığışmırdı, әcdadlarının diyarı kimi İsrailә
hörmәt etsә dә, hәtta bu ölkәni sevsә dә, düşüncәsi, hissiyyatı, xatirәlәri ilә
bәrabәr uçub bu yerlәrdәn min kilometrlәrlә uzaqlarda yerlәşәn Azәrbay -
cana, Azәrbaycanın Quba şәhәrinә, doğulub böyüdüyü, mәktәb bitirdiyi,
әrә getdiyi Qırmızı Qәsәbәyә qonurdu.
Әlbәttә, haçansa gözәl Qubada, Qubanın gözәl Qırmızı Qәsәbәsinin
Azәrbaycandilli orta mәktәbindә coğrafiya dәrsi keçәn vә yәqin ki,
İordaniyanın adını ilk dәfә elә o dәrsdә eşidәn, xәritәdә görәn al qalstuklu
pioner Ziba Xanukovanın ağlına da gәlmәzdi ki, illәr keçәcәk vә Allahın
ona verdiyi ömrü İordaniya sәrhәdlәrindә davam edib, orada da başa vura-
caq.
Ziba qohumlarının dәvәti vә әrinin tәkidilә bütün ailәsilә birlikdә
İsrailә köçdü, Qırmızı Qәsәbәdә nәlәri varıydısa, satdılar, qohum-әqrәbaya,
tanış-bilişә bağışladılar vә Zibanın әri elә fәrz elәdi ki, daha Qırmızı Qәsә -
bәdә heç nәlәri qalmadı, amma sonralar başa düşdü ki, Qubada, Qırmızı
Qәsәbәdә Zibanın (elә onun özünün dә!) ürәyi qalıb. Ömür isә Qudyalçayın
suları kimi axıb, gedirdi vә o sular heç vәchlә geriyә axa bilmәzdi.
İzabel bilirdi ki, Qırmızı Qәsәbә Azәrbaycanda yaşayan dağ yәhudi -
lә rinin – yәhudi tatların yaşadığı bir yerdir, gözәl bir çayın sahilindәdir,
meşәli dağların arasında güney bir çöllükdәdir vә İzabel tez-tez bunun da