Page 421 - 1-ci cild
P. 421
Åæåí Èîíåñêî

qışqıra-qışqıra yan-yana düzürlər, bir-birlərinə yumruq
göstərirlər, bir-birlərinin üstünə
cummağa hazırdırlar.

C-b Marten. Qara qutalinlə eynək təmizləmirlər.
X-m Smit. Hə, ancaq pulla, nə istəyirsənsə, hamısını almaq
olar.
C-b Marten. Mahnıları meşədə saxlamaqdansa, dovşanı
öldürmək yaxşıdır.
C-b Smit. Tutuquşu, tutuquşu, tutuquşu, tutuquşu, tutuquşu,
tutuquşu, tutuquşu, tutuquşu, tutuquşu, tutuquşu.
X-m Smit. Adamın yumşaq yeri axmaqdı, axmaqdı,
axmaqdı, axmaqdı, axmaqdı, axmaqdı, axmaqdı, axmaqdı,
axmaqdı.
C-b Marten. O yumşaq yer yumşaqdı, yumşaqdı, yumşaqdı,
yumşaqdı, yumşaqdı, yumşaqdı, yumşaqdı, yumşaqdı.
C-b Smit. İtlərin biti var, itlərin biti var.
X-m Marten. Kaktus, kokos, kolbasa, kontur, konqres, kuk-
qari-ku!..
X-m Smit. Ey, quqqu quşu, quqquldama!
C-b Marten. Öküz əkərsən – axmaq çıxar.
X-m Marten (ağzını geniş açaraq). Ay-ay-yay! Qoyun
dişimizi qıcırdadaq!
C-b Smit. Timsah!
C-b Marten. Ulissə13 şillə vuraq!
C-b Smit. Kakao ölkəsində yaşamağa gedəcəyəm.
X-m Marten. Kakao plantasiyalarında kakao ağaclarının
bəhrəsi qoz yox, kakao olur! Kakao plantasiyasında kakao
ağaclarının bəhrəsi qoz yox, kakao olur! Kakao plantasiyalarında
kakao ağaclarının bəhrəsi qoz yox, kakao olur!
X-m Smit. Siçanların bığı olur, ancaq bığların siçanı olmur.
X-m Marten. Mənim şapşaplarıma əl dəymə!
C-b Smit. Toxunma şapşaplara!
X-m Smit. Milçək-vizilcək, şorbaya düşəcək!

421
   416   417   418   419   420   421   422   423   424   425   426