Azərbaycan poeziyası “Migel de Servantes” kitabxanasında
19 Mart 2024 manshet

 

 

İspaniyanın geniş auditoriyalı “Migel de Servantes” virtual kitabxanası Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə” layihəsi çərçivəsində Azərbaycanın klassik və müasir  poeziyasının Səməd VurğunMikayıl MüşfiqRəsul RzaBəxtiyar VahabzadəƏli KərimMəmməd ArazMusa YaqubVaqif SəmədoğluƏləkbər SalahzadəRamiz RövşənEldar BaxışVaqif Bayatlı OdərZakir FəxriAdil MirseyidƏlisəmid KürRüstəm BehrudiSalam SarvanHəmid HerisçiFərhad Mete və Leyla Əliyeva kimi tanınmış ədəbi simalarının ispan dilinə tərcümə olunmuş əsərlərini bir araya gətirən “Müasir Azərbaycan poeziyası antologiyası” kitabını “Ədəbi nəşrlər” bölməsində yerləşdirib.  

Bölmədə yer alan əsərlər ədiblərin yaradıcılığı haqqında geniş məlumatlarla təqdim edilir.

Kitabın ispan dilinə tərcümə müəllifləri – tanınmış ispan filoloqu Raul Poggi Alexandro və ispan dili mütəxəssisi Tutuxanım Yunusovadır.

Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənilən virtual kitabxana mütəmadi olaraq səhifələrində Migel de ServantesUilyam ŞekspirAleksandr Puşkin, Fyodor DostoyevskiXuana İnes de la Krus, Fridrix ŞillerQustavo Adolfo BekkerFederiko Qarsia LorkaPablo NerudaQabriel Qarsia MarkesAntonio Maçado kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.  

 

 

https://www.cervantesvirtual.com/