Azərbaycan ədəbiyyatı Ukrayna mətbuatında
16 İyul 2020 ukrayna_5f10aa6741bce

Ukraynanın populyar “Лiтературна Україна” (Ədəbi Ukrayna) qəzeti Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində müasir Azərbaycan poeziyası nümunələrinə geniş yer ayırıb.

Qəzetin iyul sayında Azərbaycanın Xalq şairi Hüseyn Arifin ukrain dilinə tərcümə olunmuş “Yaşa hələ”, tanınmış Azərbaycan şairləri Dilsuzun “Ev tikirəm”, Salam Sarvanın “Dar ağacında azmışam”, Aqşin Yeniseyin “Ən gözəl qadın”, eləcə də Rüstəm Behrudi  Leyla Əliyevanın şeirləri tanınmış Ukrayna şairəsi, tərcüməçi Lesya Mudrakın “Поезія гранатових відтінків” (“Nar çalarları poeziyası”) məqaləsi ilə təqdim edilib.

Şeirləri ukrain dilinə tanınmış Ukrayna tərcüməçiləri – Mıkola Miroşniçenko, Vano Krüqer, Lesya Mudrak, Vasili Dovjik və Pyotr Seleski tərcümə edib.

Səhifə, həmçinin Ukraynanın məşhur “litukraina.com.ua” (Ədəbi Ukrayna saytı) ədəbiyyat portalına yerləşdirilib.

Keçid linki:

https://litukraina.com.ua